...

Məcburi köçkünün məskunlaşdığı uşaq bağçasında yanğın olub

Hadisə Materials 11 Noyabr 2016 18:13 (UTC +04:00)
Beyləqanda uşaq bağçasında yanğın olub.
Məcburi köçkünün məskunlaşdığı uşaq bağçasında yanğın olub

Bakı. Trend:

Beyləqanda uşaq bağçasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Beyləqan şəhərində icra hakimiyyətinə məxsus ümumi sahəsi 1600 kv.m olan ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində Füzuli rayon məcburi köçkününün məskunlaşdığı sahəsi 30 kv.m olan 2 otağın yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

Bağça binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti