...

Bakıda 3 nəfər dəm qazının qurbanı oldu

Hadisə Materials 12 Dekabr 2016 12:43 (UTC +04:00)
Paytaxtda dəm qazı üç nəfərin həyatına son qoyub.
Bakıda 3 nəfər dəm qazının qurbanı oldu

Bakı. Trend:

Paytaxtda dəm qazı üç nəfərin həyatına son qoyub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 10-da Neftçala rayon sakini Aytən Ələkbərova Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, dekabrın 11-də Binəqədi rayonu ərazisində yaşayan Azad Caniyev, Sabunçu rayonu ərazisində yaşayan Asifə Qqasımova evlərində dəm qazından zəhərlənərək ölüblər.

Hər üç faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti