...

“Binə” və “Sədərək”də 53 mindən artıq "partladan" müsadirə olundu (VİDEO)

Hadisə Materials 26 Dekabr 2016 12:04 (UTC +04:00)
53200 ədəd müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib.
“Binə” və “Sədərək”də 53 mindən artıq "partladan" müsadirə olundu (VİDEO)

Bakı. Trend:

53200 ədəd müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Bakı Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən “Binə” və “Sədərək” ticarət mərkəzlərində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində külli miqdarda müxtəlif formalı pirotexniki məmulatlar aşkar edilib.

Adıçəkilən ticarət mərkəzlərində həyata keçirilən əməliyyat zamanı müxtəlif formalı pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslərdən ümumilikdə 53200 ədəd bu kimi məhsullar aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti