Əməliyyat: 10 kiloqramdan artıq narkotik aşkarlandı

Hadisə Xəbər 5 Yanvar 2017 12:26 (UTC +04:00)

Bakı. Trend:

Narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri - Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

M.Mehrəliyevin idarə etdiyi "Niva" markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti