...

10-a yaxın vətəndaşı aldadan dələduz 9 il azadlığından oldu

Hadisə Materials 31 Yanvar 2017 11:23 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
10-a yaxın vətəndaşı aldadan dələduz 9 il azadlığından oldu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Məmmədov 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, E.Məmmədov 10-a yaxın vətəndaşı işə düzəltmək adı ilə aldadaraq, onlardan ümumilikdə 30 min manat alıb. Zərərçəkmişlərin şikayəti əsasında saxlanılan E.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti