Bakı. Samir Əli - Trend:
Fevralın 1-də səhər saatlarında hava şəraiti ilə bağlı 2 yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yol qəzalarının baş verməsinə səbəb yol və meteroloji şəraitin sürücülər tərəfindən nəzərə alınmamasıdır.