Bakı. Trend:
Bakının Sabunçu rayonunda ümumi sahəsi 330 m2 olan ev yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, birmərtəbəli 8 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 280 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.