...

Yenə tıxac - "BMW" reklam şitinə çırpılıb

Hadisə Materials 27 Fevral 2017 19:29 (UTC +04:00)
Axşam saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Yenə tıxac - "BMW" reklam şitinə çırpılıb

Bakı. Trend:

Axşam saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, C.Məmmədquluzadə-Bakıxanov kəsişməsində "BMW" markalı minik avtomobili idarəetməni itirərək reklam şitinə çırpılıb.

Hazırda həmin ərazidə qəza səbəbindən tıxac müşahidə olunur. Hadisə yerinə gələn yol polisi əməkdaşlarının iştirakı ilə avtomobilin ərazidən uzaqlaşdırılması istiqamətində tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti