...

Cocuq Mərcanlıda raket tapılıb (FOTO)

Hadisə Materials 7 Mart 2017 18:04 (UTC +04:00)
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 3 evə baxış keçirilib.
Cocuq Mərcanlıda raket tapılıb (FOTO)

Bakı. Trend:

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 3 evə baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, baxış zamanı 1 439 ədəd qəlpə, 1 ədəd PQ-7VL raketi aşkar edilmiş, nəticə etibarilə 42 064 kv.m ərazi (7 464 kv.m əl ilə, 12 800 kv.m mexaniki üsulla və 21 800 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

32 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 131 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 11 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 28 ədəd tank əleyhinə mina (4 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 915 870 kv.m ərazi (411 828 kv.m əl ilə, 231 000 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 160 042 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 07 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 5 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 135 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 974 ədəd partlamamış hərbi sursat, 66 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 953 964 kv.m ərazi (449 922 kv.m ərazi əl ilə, 231 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 160 042 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti