Bakı. Trend:
Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan sexin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin qalan yanğından mühafizə olunub. Yanğın saat 09:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.