...

DİN-in saytında borclu şəxs kimi axtarışda olanların siyahısı yerləşdirilib

Hadisə Materials 3 İyun 2017 17:23 (UTC +04:00)
DİN-in rəsmi veb saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb.
DİN-in saytında borclu şəxs kimi axtarışda olanların siyahısı yerləşdirilib

Bakı. Trend:

Mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması məqsədi ilə DİN-in rəsmi veb saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ilin iyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsi ilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər.

Bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti