Bakı. Trend:
Bu gecə paytaxtda 2 ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 16 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər yanğın hadisəsi isə Xətai rayonunda olub. Rayonda vətəndaşa məxsus ümumi sahəsi 54 m2 olan birmərtəbəli 2 otaqlı evin mətbəxində 5 m2 sahədə ev əşyaları yanıb və yüksək temperaturdan mətbəxin plastik qapısı və kondisioner əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.