Təfərrüatlar əlavə olunub (İlk xəbər 09:56-da yayımlanıb)
Bakı. Trend:
Bakı şəhəri, Yasamal rayonunda dördmərtəbəli inzibati binanın zirzəmisində ümumi sahəsi 10 m2 olan elektrik otağında 3 ədəd elektrik sayğacı və 20 p.m kabel yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bina yanğından mühafizə olunub. Yanğın saat 10:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
x x x
Səhər saatlarında Bakıda B.Vahabzadə küçəsində yaşayış binasının zirzəmisində yanğın ehtimalı ilə həyəcanlı anlar yaşanıb.
Trend-in məlumatına görə, yaşayış binasının zirzəmisində yerləşən "PlayStation" oyun zalında tüstülənmə qeydə alınıb. İnsidentlə əlaqədar hadisə yerinə dərhal FHN yanğınsöndürmə briqadası cəlb olunub.
İlkin məlumata görə, tüstülənmə elektrik naqillərində qısa qapanma səbəbindən baş verib.
Hazırda yanğınsöndürmə briqadası hadisə yerində işləyir.