...

Yuxarı Qarabağ kanalında 47 yaşlı kişi batıb

Hadisə Materials 29 İyun 2017 16:42 (UTC +04:00)
Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalında 47 yaşlı kişi batıb.
Yuxarı Qarabağ kanalında 47 yaşlı kişi batıb

Bakı. Trend:

Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalında 47 yaşlı kişi batıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 15 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1970-ci il təvəllüdlü Marif Arif oğlu Məmmədovun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti