...

Bakıda sevgilisini bıçaqlayan qadının məhkəməsi başladı

Hadisə Materials 30 İyun 2017 10:56 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ramilə Əliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bakıda sevgilisini bıçaqlayan qadının məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ramilə Əliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 6-na təyin edilib.

İttihama görə, R.Əliyeva mübahisə nəticəsində qeyri-rəsmi nikahda yaşadığı Elxan Həsənovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan E.Həsənovun həyatını xilas etmək mümkün olub. Hadisə zamanı hər iki şəxs sərxoş vəziyyətdə olub.

R.Əliyevaya Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti