...

Bakıda yaşayış binasında lift qırıldı - 1 yaralı

Hadisə Materials 13 İyul 2017 19:56 (UTC +04:00)
Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb və nəticədə 1 nəfər xəsarət alıb.
Bakıda yaşayış binasında lift qırıldı - 1 yaralı

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb və nəticədə 1 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Qəza zamanı xəsarət almış şəxs vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Zərərçəkmiş şəxsin kimliyi dəqiqləşdirilir. Əlavə məlumat veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti