...

DİN: Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına atəş açan keçmiş məhkum olub

Hadisə Materials 17 İyul 2017 13:19 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Abşeron rayon İcra hakimiyyətinin əməkdaşlarına atəş açan şəxslə bağlı məlumat yayıb
DİN: Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına atəş açan keçmiş məhkum olub

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi Abşeron rayon İcra Hakimiyyətinin əməkdaşlarına atəş açan şəxslə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, iyulun 14-də Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Abşeron rayon İcra Hakimiyyətinin qanunsuz tikililərlə mübarizə komissiyasının üzvləri qəsəbə sakini Etibar Novruzovun evinin qarşısındakı qanunsuz tikilini sökmək istəyərkən E.Novruzovun atası, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Novruzov xuliqanlıq zəminində tapançadan havaya 3 dəfə atəş açıb.

E.Novruzov Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulub və ondan "Makarov" markalı tapança, 4 ədəd patron və 3 ədəd giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti