...

Bakı-Quba yolunda ağır qəza: 1 ölü

Hadisə Materials 4 Avqust 2017 09:11 (UTC +04:00)
Bakı-Quba magistral avtomobil yolunda qəza baş verib
Bakı-Quba yolunda ağır qəza: 1 ölü

Bakı. Trend:

Bakı-Quba magistral avtomobil yolunda qəza baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Bakı-Quba magistral avtomobil yolunun 20-cı km-də “Qazel” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Qazel” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış 1971-ci il təvəllüdlü Etibar İsmixanov Rizvan oğlunun meyiti çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:38-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti