...

Qəbələdə yük maşını ağaca çırpılıb, yaralanan var

Hadisə Materials 12 Avqust 2017 08:55 (UTC +04:00)
Qəbələdə yol qəzası baş verib
Qəbələdə yük maşını ağaca çırpılıb, yaralanan var

Bakı. Trend:

Qəbələdə yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu ərazisində “Kamaz” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılması nəticəsində yol qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Şimal-Qərb Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:40-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti