...

Paytaxtda transformator yanıb

Hadisə Materials 26 Avqust 2017 13:56 (UTC +04:00)
Paytaxtın Xətai rayonunda transformatorda yanğın olub.
Paytaxtda transformator yanıb

Bakı. Trend:

Paytaxtın Xətai rayonunda transformatorda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, gücü 220 kVt olan transformatorun çıxış kabelləri 8 p.m və sahibi məlum olmayan tikilinin içərisində 8 kv.m sahədə məişət tullantıları yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti