...

Bakıda yük maşını gəlin maşını ilə toqquşdu (FOTO)

Hadisə Materials 6 Sentyabr 2017 13:18 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda yük maşını qəza törədib.

Trend-in məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa avtomobil yolunda baş verib. "Mətanət-A" şirkətinə məxsus 90 JS 731 dövlət nömrə nişanlı "Hyundai" markalı yük avtomobili yüksək sürətlə hərəkət edərək həmin yolda işıqforun qırmızı işığının tələbini pozub. Nəticədə yük avtomobili qarşıdan gələn "Mercedes S klass" markalı gəlin maşınının yoluna çıxıb və toqquşub.

Hadisə nəticəsində yük avtomobili idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılaraq aşıb və qaz xəttinə ziyan dəyib. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib və Sabunçu qəsəbəsininin böyük bir hissəsinə mavi yanacaqın verilməsi dayandırılıb.

Xəbər lenti

Xəbər lenti