...

FHN Sabirabadda 2 nəfərin ölümü, 9 nəfərin xəsarət alması ilə nəticələnən qəza barədə məlumat yayıb

Hadisə Materials 11 Sentyabr 2017 17:14 (UTC +04:00)
Sabirabadda “FORD” markalı sərnişin avtobusu qəza törədib.
FHN Sabirabadda 2 nəfərin ölümü, 9 nəfərin xəsarət alması ilə nəticələnən qəza barədə məlumat yayıb

Bakı. Samir Əli - Trend:

Sabirabadda “FORD” markalı sərnişin avtobusu qəza törədib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sabirabad rayonu, Qalağayın kəndində “FORD” markalı sərnişin avtobusunun idarəetməni itirərək yol kənarındakı beton dirəyə çırpılması nətisində yol nəqliyyat qəzası baş verib.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtobusda sıxılmış vəziyyətdə qalıb, xəsarət alan 9 sərnişini və vəfat etmiş 2001-ci il təvəllüdlü Abbasova Gülyaz Sərxan qızının, 1946-cı il təvəllüdlü Zərbəliyev Teymur Xanhüseyn oğlunun cəsədlərini çıxarmış və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 11:15-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti