...

Gürcüstandan Azərbaycana külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 2 Oktyabr 2017 12:12 (UTC +04:00)
Gürcüstandan Azərbaycana külli miqdarda qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb.
Gürcüstandan Azərbaycana külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb

Bakı. Samir Əli - Trend:

Gürcüstandan Azərbaycana külli miqdarda qanunsuz siqaret keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ 24" markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yük yeri ilə arxa oturacağının arasında xüsusi düzəldilən saxlanc yerindəki pərdənin arxasından gömrük nəzarətindən gizlədilən və Azərbaycanın aksiz markası ilə markalanmayan 8380 ədəd üzərində "Sakurorto" yazısı olan siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti