...

Ali Radanın işində fasilə yarandı - Yanğınsöndürənlər çağırıldı

Hadisə Materials 3 Oktyabr 2017 17:00 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Ukrayna Ali Radasının işində qısamüddətli fasilə yaranıb.

Trend-in məlumatına görə, buna iclas keçirilən zaman zaldakı tüstülənmə səbəb olub.

Ali Radanın vitse-spikeri iclası yarımçıq saxlayaraq 15 dəqiqəlik fasilə elan edib və bildirib ki, yanğınsöndürənlər zala çağrılıb.

Tüstülənmənin qarşısı alındıqdan sonra parlamentin işi bərpa olunub.

İnsidentlə bağlı məlumatda qeyd olunur ki, səsvermə pultlarının birində qısaqapanma olub və nəticədə tüstülənmə başlayıb.

Xəbər lenti

Xəbər lenti