Bakı. Trend:
Yekaterinburqda anonim zəngdən sonra 10 məktəb binası təxliyə edilib.
Trend-in məlumatına görə, məktəblərə bomba qoyulması barədə zəngdən dərhal sonra ümumilikdə 7500-ə yaxın adam təxliyə edilib.
Təxliyədən sonra məktəblərdə axtarış aparılıb. Axtarışlar nəticəsində şübhəli əşyaların aşkar olunmadığı barədə məlumat verilib.
Qeyd edək ki, Rusiyada anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bugünədək ölkənin 120 şəhərində 800 minə yaxın adam təxliyə olunub. Anonim zənglərdən heç biri öz təsdiqini tapmayıb.