...

Aeroportda gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatları aşkarlanıb

Hadisə Materials 6 Oktyabr 2017 15:58 (UTC +04:00)
Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətinə bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Aeroportda gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatları aşkarlanıb

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətinə bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın çantasına təkrar yoxlama keçirilib.

Yoxlama zamanı, vətəndaşa məxsus əl çantasının içində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd qolbaq-sırğa-üzük-kulon dəsti və 1 cüt sırğa aşkar edilib.

Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama nəticəsində 1 cüt sırğa, 6 ədəd qolbaq, 2 ədəd üzük, 3 ədəd boyunbağı aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 175,4 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti