...

Suraxanıda ev yanıb

Hadisə Materials 15 Oktyabr 2017 02:23 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhəri, Suraxanı rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 45 m2 birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 12 m2 sahədə yanıb

Yüksək temperaturdan 1 otağın labirindən ibarət tavanı 12 m2 sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti