...

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr tapılıb

Hadisə Materials 26 Oktyabr 2017 14:03 (UTC +04:00)
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr tapılıb.
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr tapılıb

Bakı. Trend:

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr tapılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin yanacaq çəninin içində düzəldilən xüsusi saxlanc yerindən, arxa oturacağın söykənəcəyindən və arxa şüşənin örtüyünün altından gömrük nəzarətindən gizlədilən 348 ədəd "Magical Shots40", 40 ədəd "Crackling Shots 100x100", hər birində 60 ədəd olmaqla 450 qutu "K0201", 85 ədəd "EK23", 3 ədəd "Romancandle" adlı pirotexniki vasitələr, 3 ədəd "X-BO" markalı mobil telefon qutusu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti