...

Füzulidə top mərmisi aşkarlanıb (FOTO)

Hadisə Materials 30 Oktyabr 2017 17:38 (UTC +04:00)
Füzuli rayonunun “Şpartı” adlanan ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.
Füzulidə top mərmisi aşkarlanıb (FOTO)

Bakı. Trend:

Füzulidə top mərmisi aşkarlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, 29 Oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonunun “Şpartı” adlanan ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56) aşkar edilmiş, partladıcısı üzərində olduğuna görə 30 oktyabr 2017-ci il tarixində partlayış yolu ilə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti