...

Əkin sahəsində tank əleyhinə mina aşkarlanıb (FOTO)

Hadisə Materials 13 Noyabr 2017 16:05 (UTC +04:00)
Xocavənddə əkin sahəsində tank əleyhinə mina (TM-57) aşkar edilib.
Əkin sahəsində tank əleyhinə mina aşkarlanıb (FOTO)

Bakı. Trend:

Xocavənddə əkin sahəsində tank əleyhinə mina (TM-57) aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xocavənd rayonu, Qarasu kəndi ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən əkin sahəsində aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib, hava şəraitinin əlverişsiz olması ilə əlaqədar olaraq 13 noyabr 2017-ci il tarixində partlayış yolu ilə zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti