...

407 nəfər inzibati qaydada Azərbaycandan çıxarılıb

Hadisə Materials 14 Dekabr 2017 16:08 (UTC +04:00)
İnzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 1434 qərar qəbul edilib.
407 nəfər inzibati qaydada Azərbaycandan çıxarılıb

Bakı. Trend:

Ay ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərini pozulması ilə bağlı 1434 qərar qəbul edilib.

DMX-dən Trend-ə verilən məlumata görə, qəbul edilən qərarlardan 205-i respublika ərazisində yaşamağın leqallaşdırılması ilə bağlı, 780-i ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 407-si ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı, 23-ü Miqrasiya Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən (şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda) ölkə ərazisinə gəlişini məhdudlaşdırma ilə bağlı, 19-u müvəqqəti və daimi yaşamaq üçün sənədin yeni sənədlə əvəz olunması ilə bağlı olub.

2017-cı ilin noyabr ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 52988 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti