...

Bərdədə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 14 Dekabr 2017 16:37 (UTC +04:00)
Bərdədə yanğın olub.
Bərdədə yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Bakı. Trend:

Bərdədə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Zümürxan kəndində həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 7,5 tonu yanıb.

Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda Bərdə rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti