...

Külli miqdarda narkotik müsadirə olunub

Hadisə Materials 18 Dekabr 2017 12:48 (UTC +04:00)
Daxili işlər orqanları əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Külli miqdarda narkotik müsadirə olunub

Bakı. Samir Əli - Trend:

Ötən gün daxili işlər orqanları əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Qazax rayonu ərazisində narkotik vasitələrin alqı-satqısında və istifadəsində şübhəli bilinən şəxs saxlanılıb.

Polis Şöbəsində aparılan araşdırmalarla onun Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Şahmar Həmzəyev olması məlum olub. Baxış zamanı onun üzərindən 5 bükümdə narkotik vasitə olan marixuana aşkar edilərək göütürülüb.

Polis əməkdaşları tərəfindən həmin şəxsin narkotik vasitəni Ağstafa rayonunda aldğı mənbə də müəyyən edilib. Ağstafa RPŞ-nin əməkdaşları ilə birgə keçirilən təxirəsalınmaz tədbirlərlə narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Qazax rayon sakini Nurəddin Quliyev rayon ərazisində saxlanılıb. Onun yaşadığı evə və həyətində olan “QAZ-31” markalı avtomobilə baxış keçirilib və bu zaman pəncərədə bükümdə və avtomobilin yük yerində torbada gizlətdiyi narkotik vasitə aşkar olunaraq götürülüb.

Ekspertiza təqdim olunan narkotik vasitələrin - Ş.Həmzəyevin üzərindən götürülmüş 7,577 qram, Nurəddin Quliyevin evindən və avtomobilindən götürülmüş 8 kiloqram 754 qram marixuana olması barədə rəy verib.

Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti