...

Cəlilabad sakinindən hədə-qorxu yolu ilə pul tələb edən şəxs saxlanılıb

Hadisə Materials 22 Dekabr 2017 15:27 (UTC +04:00)
Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.
Cəlilabad sakinindən hədə-qorxu yolu ilə pul tələb edən şəxs saxlanılıb

Bakı. Samir Əli - Trend:

Cəlilabad sakinindən hədə-qorxu yolu ilə pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən Göytəpə şəhər sakini O.Ağayev noyabr ayının 29-dan dekabr ayının 21-dək olan müddətdə Tural adlı şəxsin ondan hədə-qorxu yolu ilə 200 manat istəməsi barədə məlumat verib.

Dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb və həyata keçirilmiş tədbirlərlə şübhəli bilinən həmyerlisi Tural Məmmədov 200 manatı O.Ağayevdən alarkən saxlanılıb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti