...

Gömrükdə 700 qutu pirotexniki vasitə müsadirə olunub (FOTO)

Hadisə Materials 25 Dekabr 2017 12:24 (UTC +04:00)
Gömrükdə 700 qutu pirotexniki vasitə müsadirə olunub.
Gömrükdə 700 qutu pirotexniki vasitə müsadirə olunub (FOTO)

Bakı. Samir Əli - Trend:

Gömrükdə 700 qutu pirotexniki vasitə müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə "VAZ 21 074" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.

Həmin şəxs nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütələq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Nəqliyyat vasitəsinə tətbiq edilən gömrük baxışı zamanı isə avtomobilin sağ və sol karnizlərinin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində gürcü əlifbası ilə yazılar olan 400 qutu pirotexniki vasitələr aşkar edilib.

İdarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan daha bir məlumat əsasında Gürcüstandan ölkəmizə "Mersedes Benz 250D" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı da eyni üsülla sorğu-sual edilib. Həmin şəxs də avtomobildə gömrük nəzarətindən gizlədilən və gömrük orqanına mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Gömrük baxışı zamanı isə avtomobilin sağ və sol karnizlərinin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində gürcü əlifbasl ilə yazılar olan 300 qutu pirotexniki vasitə aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti