Paytaxta çathaçatda təyyarəni ildırım vurdu

Hadisə Xəbər 10 Yanvar 2018 12:58 (UTC +04:00)

Bakı. Trend:

Finlandiyanın “Finnair” aviaşirkətinə məxsus təyyarəni uçuş həyata keçirən zaman ildırım vurub.

Trend-in məlumatına görə, Helsinkidən Tailanda uçan təyyarə paytaxt Banqkoka yaxınlaşarkən ildırım zərbəsinə məruz qalıb.

Qeyd olunur ki, təyyarədə 336 sərnişin və heyət üzvü olub. İnsident nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Təyyarə Banqkok hava limanında uğurla eniş edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti