Bakı. Trend:
Hindistanın şimalındakı Pəncab ştatında tikiş fabrikində yanğın baş verib. Trend-in məlumatına görə, ilkin ehtimal olaraq yanğının qısaqapanmadan başlamsı bildirilib.
Yanğının qarşısının alınması üçün hadisə yerinə 6 yanğınsöndürən maşın cəlb edilib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Hazırda ərazi nəzarətə götürülüb, polis yanğının səbəbləri ilə bağlı araşdırma başlayıb.