...

Bakıda qadınlara qarşı cibgirlik edən 2 keçmiş məhkum saxlanılıb

Hadisə Materials 19 Yanvar 2018 12:21 (UTC +04:00)
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində cibgirlik edən şəxslər saxlanılaraq istintaqa cəlb olunublar.
Bakıda qadınlara qarşı cibgirlik edən 2 keçmiş məhkum saxlanılıb

Bakıl. Samir Əli - Trend:

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində cibgirlik edən şəxslər saxlanılaraq istintaqa cəlb olunublar.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir ay ərzində - ötən il dekabrın 16-dan cari il yanvarın 16-dək olan müddətdə Bakı şəhər sakinləri olan 5 qadının ciblərindən pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən 2 nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Sakit Əliyev və Səfər Əliyev olmaları müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti