...

Tərtərdə 1 ədəd partlamamış hərbi sursat aşkar olunub (FOTO)

Hadisə Materials 20 Yanvar 2018 21:10 (UTC +04:00)
Tərtərdə 1 ədəd partlamamış hərbi sursat aşkar olunub (FOTO)

Bakı. Trend:

Tərtərdə 1 ədəd partlamamış hərbi sursat aşkar olunub.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 20 Yanvar 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Ələsgərli kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunan ərazidə su kanalına baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əlqumbarası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əlqumbarasının ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bu əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 20 yanvar 2018-ci il tarixlərində Ağdam, Ağstafa, Tərtər, Qazax və Lənkəran rayonları ərazisində 2 ev və həyətyanı sahəyə, 1 əkin sahəsinə, 1 otlaq sahəsinə, su kanalına və bazar ərazisinə baxış keçirilib, 10 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib, 6 840 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti