...

Azərbaycanda oğurlanan 246 avtomobildən 227-si tapılıb

Hadisə Materials 24 Yanvar 2018 11:22 (UTC +04:00)
2017-ci ildə Azərbaycanda oğurlanan 246 avtomobildən 227-si tapılıb.
Azərbaycanda oğurlanan 246 avtomobildən 227-si tapılıb

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ildə Azərbaycanda oğurlanan 246 avtomobildən 227-si tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov 2017-ci ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

R.Zeynalov qeyd edib ki, yol polisinin əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində də fəal iştirak ediblər: "Belə ki, onlar tərəfindən məlumat bazası ilə axtarışda olan 54 nəfər və 236 avtomobil saxlanılıb, polisin digər xidmətləri ilə birgə 40 kiloqramdan çox narkotik vasitə, 6 ədəd odlu silah aşkar edilərək istintaq orqanlarına verilib. Həmçinin, qeydiyyat-imtahan məntəqələrində avtonəqliyyat vasitələrinin sənədləşdirilməsi zamanı axtarışda olan 27 şəxs və 9 avtomobil saxlanılıb, habelə 272 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib".

Baş İdarə rəisi əlavə edib ki, qaçırılmış və oğurlanmış 246 nəqliyyat vasitəsindən 227-nin “isti izlər”lə tapılması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti