...

Ötən gün yol qəzalarında 2 nəfər həyatını itirib

Hadisə Materials 25 Yanvar 2018 09:16 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 24-dən 25-dək 111 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.
Ötən gün yol qəzalarında 2 nəfər həyatını itirib

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən yanvarın 24-dən 25-dək 111 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti