Bakı. Trend:
Əfqanıstanın paytaxtı Kabildə bir qrup silahlının Hərbi Akademiyaya hücum nəticəsində həlak olan hərbçilərin sayı 5 nəfərə çatıb. Trend-in məlumatına görə, daha 10 nəfərin isə yaralandığı barədə bildirilib.
Son məlumata görə, hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Qeyd edək ki, Kabildə Hərbi Akademiyaya 5 nəfər silahlı şəxs hücum etmişdi.
X X X
08:56
Əfqanıstanın paytaxtı Kabildə bir qrup silahlının Hərbi Akademiyaya hücum nəticəsində 2 hərbçi həlak olub, daha 10 nəfər isə yaralanıb.
Trend-in məlumatına görə, Hərbi Akademiyaya 5 nəfər silahlı şəxs hücum edib. Onlardan 3-ü zərərsizləşdirilib, biri saxlanılıb, biri isə atışmanı davam etdirir.
XXX
07:14
Əfqanıstanın paytaxtı Kabildə bir qrup silahlı Hərbi Akademiyaya hücum edib.
Trend-in "Tolo News"a istinadən verdiyi məlumata görə, hazırda atışma gedir, akademiyanın ərazisindən partlayış səsləri gəlir.
Bildirilir ki, təhlükəsizlik qüvvələri akademiyaya aparan yolları bağlayıblar. Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.