...

Kiyevdə ATIŞMA - Ölən və yaralanan var

Hadisə Materials 29 Yanvar 2018 15:19 (UTC +04:00)

Bakı. Trend:

Kiyevdə atışma baş verib. Trend-in məlumatına görə, bu barədə xəbəri Ukrayna milli polisi təsdiqləyib.

Polisin insidentlə bağlı yaydığı xəbərdə deyilir ki, atışma nəticəsində 1 nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

Hazırda insident yerində hüquq-mühafizə orqanları işləyirlər. Hadisəni törətməkdə şübhəli olan şəxs və ya şəxslərin axtarışı aparılır.

Xəbər lenti

Xəbər lenti