...

"Orqan fabriki" yaradıb böyrək alan cərrahlar saxlanılıb

Hadisə Materials 2 Fevral 2018 10:50 (UTC +04:00)
Qahirədə polis donor böyrəklərin qanunsuz ticarəti ilə məşğul olan cinayətkar qruplaşmanı aşkarlayıb.
"Orqan fabriki" yaradıb böyrək alan cərrahlar saxlanılıb

Bakı. Trend:

Qahirədə polis donor böyrəklərin qanunsuz ticarəti ilə məşğul olan cinayətkar qruplaşmanı aşkarlayıb.

Trend-in məlumatına görə, qruplaşma üzvləri vasitəçilərin köməyi ilə pula ehtiyacı olan şəxslər tapır, daha sonra isə həmin şəxsləri 25 min Misir funtuna (təxminən 1,4 min dollar) satmağa razılaşdırırmışlar.

Məlumata görə, həmin pasiyentlər hazırda iş üzrə saxlanılan həkimlərin özəl kabinetində qəbul edilir və əməliyyat olunurmuş.

Cinayətkar cərrahların qurbanlarının verdiyi məlumata görə, onlar satdıqları böyrəklərinə görə, razılaşdırılmış məbləğin bir hissəsini alırlarmış, qalan məbləği isə onlar daha bir qurban tapdıqdan sonra ələ edə bilərlərmiş.

Hazırda cinayətkar cərrahlarla bağlı cinayət işi açılıb, zərərçəknlərin ifadələri alınır.

Xəbər lenti

Xəbər lenti