...

Lənkəranda külli miqdarda narkotik və silah-sursat götürülüb

Hadisə Materials 5 Fevral 2018 12:25 (UTC +04:00)
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb.
Lənkəranda külli miqdarda narkotik və silah-sursat götürülüb

Bakı. Trend:

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, narkotik satışında şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Qumbaşı kənd sakini, əvvəllər məhkum olunmuş Sübhan Əliyev olduğu məlum olub. Baxış zamanı üzərindən 1,5 qr tiryək aşkar edilib.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan əlavə 1 kiloqram 945 qram marixuana, 4,1 qram heroin, 92,84 qram tiryək, həmçinin müvafiq sənədləri olmayan lüləsi kəsilmiş 1 ədəd “TOZ-25”, 1 ədəd xaricdə istehsal edilmiş ov tüfəngləri, 6 ədəd patron, 3 ədəd xəncər, 1 ədəd balta və 1 ədəd maska aşkar edilərək götürülüb.

ŞRPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində saxlanılan Qumbaşı kənd sakini Yalçın Dadaşovun üzərinə baxış zamanı tiryək aşkar edilib. Polis əməkdaşları tərəfindən onun evinə baxış zamanı isə əlavə olaraq 114,54 qram tiryək, 5,571 qram heroin, “Metamfetamin” və xəncər aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti