...

25 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb

Hadisə Materials 9 Fevral 2018 11:26 (UTC +04:00)
Bakı sakini Şəkidə 25 nəfəri aldadıb.
25 nəfərə qarşı dələduzluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edən Baş Göynük kənd sakini G.Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib. Görülmüş tədbirlərlə o, dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci il ərzində Şəki rayon sakini olan 25 nəfəri də aldadaraq dələduzluq yolu ilə onlardan ümumilikdə 4420 manat alması müəyyən edilib.

Şəki ŞRPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti