...

Qəbələdə istirahət mərkəzində yanğın olub

Hadisə Materials 16 Fevral 2018 15:23 (UTC +04:00)
Qəbələdə yanğın olub.
Qəbələdə istirahət mərkəzində yanğın olub

Bakı. Trend:

Qəbələdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Vəndam qəsəbəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 126 kv.m olan yeməkxananın yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yanğın zamanı 2 ədəd məişət qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. İstirahət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti