...

Gürcüstandan Azərbaycana 58 qram qızıl keçirən qadın yaxalandı - FOTO

Hadisə Materials 20 Fevral 2018 11:07 (UTC +04:00)
Azərbaycana qaçaqmal yolu ilə qızıl-zinət əşyaları keçirən qadın saxlanılıb.
Gürcüstandan Azərbaycana 58 qram qızıl keçirən qadın yaxalandı - FOTO

Bakı. Samir Əli - Trend:

Azərbaycana qaçaqmal yolu ilə qızıl-zinət əşyaları keçirən qadın saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının əl yüklərinə "Smiths detektion Heimann X-ray" yük yoxlama cihazı ilə gömrük baxışı keçirilib.

Baxış zamanı, xanım vətəndaşın çantalarındakı paltarların içərisində əvvəlcədən gömrük nəzarətinə bəyan edilməyən, ümumi çəkisi 58,2 qram olan 1 ədəd qızıl üzük, 4 ədəd qızıl bilərzik, 4 cüt qızıl sırğa və 10 ədəd qızıl boyunbağı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti