...

5 mərtəbələrin kütləvi sökülməsi başladı

Hadisə Materials 2 Mart 2018 16:25 (UTC +04:00)
Yeni tikililərin söküləcək binalardan 300 metr məsafədə yerləşdiyi bildirilir.
5 mərtəbələrin kütləvi sökülməsi başladı

Bakı. Trend:

Moskvada renovasiya proqramı çərçivəsində iki beşmərtəbəli binanın sakinləri yeni mənzillərə köçməyə razılıq verib.

Trend-in məlumatına görə, ilk mərhələdə 134 ailə köçürülür.

Yeni tikililərin söküləcək binalardan 300 metr məsafədə yerləşdiyi bildirilir.

Qeyd edək ki, Moskvanın renovasiya (yaşayış evlərinin yenilənməsi) proqramı 2017-ci il avqustun 1-i təsdiq olunub. Əvvəlcə proqrama əsasən 5144 binanın sökülməsi nəzərdə tutulsa da, sonradan binaların sayı 5175-ə çatdırılıb. Ümumilikdə 1 milyona yaxın sakinin yaşadığı 350 mindən çox mənzilin köçürülməsi nəzərdə tutulur. Proqramın 2032-ci ildə başa çatması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti