...

Məcburi köçkünlərin su sayğaclarını oğurlayan şəxs tutulub

Hadisə Materials 3 Mart 2018 14:30 (UTC +04:00)

Bakı. Trend:

Mingəçevirdə 6 mənzildən su sayğacları oğurlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yeni Həyat qəsəbəsinin ərazisində Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin nəzdində olan yaşayış binasındakı 6 mənzilin su sayğaclarını oğurlanması aşkar olunub.

Oğurluqda şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlham Ağamalıyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti